Gələndə yaşımı heç soruşmadı,Baxmadı zamana, yaşa bu sevgi.Birdən bir dəlisov oğlana döndü,Tutdu pəncərəni daşa bu sevgi.

Dedilər yol axtar qız ürəyinə,Süzül damla-damla, süz ürəyinə.Od qoydum yanmışın buz ürəyinə,Az qaldı dünyanı aşa bu sevgi.

O səslər hələ də qulağımdadı,Baharın həsrəti yanağımdadı,Hələ ki, payızın sınağındadı,Görək dözəcəkmi qışa bu sevgi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring