Dərdi varsa, dərmanı davar bu millətin,Dərd düşməndən, dərman dostdan,güc Haqdan gəlir.Onu torpaq yaddaşındanayırmaq çətin,Güvəndiyi hər nə varsatorpaqdan gəlir.

El arxası, yer ürəyi,yurd dayağıydı,Yaddaş adlı bir torpaqdandikəldi Heydər.

Ona görə arxamızdaQafqaz dağıydı,Ona görə qəlbimizdəheykəldi Heydər.

Haqdan gələn bir işarəonun bəsiydi,Dövlət qurdu, millət sevdi,torpaq saxladı.O, Tanrının bu millətəhədiyyəsiydi,Bir kök üstə gör neçə minbudaq saxladı.

Sinə gərdi yad əllərdənatılan daşa,“Yaşa” dedi, “yurdum yaşa,torpağım yaşa”.Ürəyində fırtınalarverdi baş-başa,Sinəsində odu sönməzocaq saxladı.

Hünərini, təpərini,hirsini verdi,Haqqımızı dananlarındərsini verdi.Dünya ona ən möhtəşəmkürsünü verdi,Qoca tarix qarşısındaayaq saxladı.

Bu, tarixdi, hər adamıalmır eyninə,Hər adamı yada salmır,yadda saxlamır.

Dadı alır, dadı verir,dəyişir həyat,Qoca dünya hər tikənidadda saxlamır.

Bu, tarixdi, birdən-birəoxumaq olmur,Onu gün-gün, saat-saatdərk edəcəksən.Böyük olan həqiqətəaçıb qəlbini,Xırda, cılız fikirləritərk edəcəksən.

Bu, tarixdi, kim yaratdı,kim yaşatdısa,Yaddaş onun, kitab onun,əsər onundur.Gələcəyi qucaqlayanməhəbbət onun,Qılınclardan kəskin olankəsər onundur.

Öz tarixim küncdə qaldı,bucaqda qaldı,Oxutdular axtalanmışaxta tarixi.Başı çəkib, gözü görübağ yalanları,Millət daha yaxın qoymazsaxta tarixi.

Fikir çaşmaz, dil dolaşmaz,ağıl büdrəməz,Gördüyünü olduğutəkdüz yazan olsa.

Heç bir zaman tərəzininəyilməz gözü,Hər zamanın tarixinidüz yazan olsa.

Nə itirdik, nə qazandıq,yıxıldı getdi,Bir də gərək yıxılmasınqalalarımız.Ölməyini istəmirəm,şəhid olmasın,Şəhidliyə hazır olsunbalalarımız.

Bu, tarixdi, özgələr yox,özümüz yazaq,Silah bəlli, səngər bəlli,söz bəlli olsun.Əsarətin caynağındaqeyrət olmasın,Doğru bəlli, yalan bəlli,düz bəlli olsun.

Xeyrimizə işləməyibbizdən yazanlar,İzimizi itirməkçüntarix yazıblar.Tarixin də ölümü var,soyqırımı var,Bizi qətlə yetirməkçüntarix yazıblar.

Əsrin Heydər tarixidimənim yazdığım,Hər kim yazsa, onun üçünşərəf-şandı bu.

Alim üçün siyasətinşah damarıdı,Şair üçün ən sınaqlıimtahandı bul

O, həqiqət tarixiydi,gün kimi aydın,İki əsri qucaqladıisti nəfəsi.Millətinə yaxından dayaxın olanınUzaq-uzaq əsrlərdəngələcək səsi.

O, məhəbbət tarixiydi,sözlü, nəğməli,Hər baharda təzə açançiçək kimiydi.Sevgisində günəş kimiodlu-alovlu,Qəzəbində yer titrədənşimşək kimiydi.

O, cəsarət tarixiydi,cəsur, basılmaz,Ordulara qalib gələnordu kimiydi.Səxavətdə, bərəkətdətorpağı kimi,Xasiyyətdə xalqı kimi,yurdu kimiydi.O, qətiyyət tarixiydi,yenilməz, mətin,Onu millət oğlu kimimərd gördü dünya.

İldırımlar bir tükünətoxunammadı,Onun polad xislətinisərt gördü dünya.

O, şəxsiyyət tarixiydi,ucadan-uca,Bu dünyanın hər yerindənboyu göründü.Hansı xalqın övladıdı,tanıdı dünya,Əsli, kökü varaqlandı,soyu göründü.

Tarix idi, tarixləriyaxşı bilirdi,Çıxartmışdı dərinlərdənüzə tarixi.Min-min bağlı dəfinələritib-batacaq,Əgər yazıb-çevirməsənSÖZƏ tarixi.

O bilirdi nə deməkdi,kimlər deməkdiRaket əsri, qılınc əsri,nizə tarixi.Köhnə tarix min illərdənqaynaqlanırdı,Zaman ondan başlamışdıtəzə tarixi.Yerişi də, duruşu da,danışığı da,Kəlmə-kəlmə öyrədirdibizə tarixil

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets