Ey ilhamım! Zəhərin də şirinmiş
Ey ilhamım! Zəhərin də şirinmiş,Şəkərincə, şərbətincə, balınca.Qoy təbiət alsın cavan canımı,Könül qırıb, səni məndən alınca.
Anam kimi açılıbdı qolları,Qucaqlayaq gəl-gəl deyən yolları.Seyr eyləyək yaşılları, alları,Heydən düşüb, yarı yolda qalınca.
Xoş olmazmı sözdən naxış vurmağım,Hər ürəkdə isti yuva qurmağım.Daha bəsdi dayanmağım, durmağım,Getməliyəm mən arzumun dalınca.
1974, 13 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ey-ilhamim-zeherin-de-sirinmis
Use ← → keys to move, R for a random poem
More by this author
Bu dağ özülündən aşmamalıydı,Bu dağ öz fikrində çaşmamalıydı.
QalırDünənlər keçmişdədi, sabahlar gələcəkdə,Olanlar oldu getdi, olacaqlar sirr qalır.
Ölü basdırırıq hər gün ürəkdəÖlü basdırırıq hər gün ürəkdə,Yalan diriləndə həqiqət ölür.
Ey təzə qəbrin sahibiEy təzə qəbrin sahibi,Sən var idin, yoxsan daha.