Gəlmişəm, qoynunda sığınacaq ver
Əzizim sinə-sinə,Çən gəlir sinə-sinə.Aləmə sığmaz başımSığıbdı sinəsinə.
Peşmandı gülləri dərdirən, dərən,Peşmandı qurudan, peşmandı sərən.Ömür parça-parça, gün pərən-pərən,Nursuz gözlərimə nurlu çıraq ver,Gəlmişəm, qoynunda sığınacaq ver!
Qorlanıb varlığım, odlanıb içim,Sənsiz mən haranı bəyənim, seçim?Ürəklə doldurum, doyunca içim,Qaynar baxışlardan sərin bulaq ver,Gəlmişəm, qoynunda sığınacaq ver!
Qış meydan suladı, ağır gəldi yaz,Kədərim dərindi, sevincim dayaz.Köməşən əlimi qızdırım bir az,Üşüyən qəlbimə od ver, ocaq ver,Gəlmişəm, qoynunda sığınacaq ver!
Qalmaz bir nəsildə, bir soyda dünya,Gah yasda keçinər, gah toyda dünya.Nəyimə lazımdı bu boyda dünya?Başımı qoymağa künc ver, bucaq ver,Gəlmişəm, qoynunda sığınacaq ver!
Sevgidir həyatda hər şeydən baha,Sevənlər üzünü tutar Allaha.Heç nə istəmirəm dünyadan daha,Ürək ver, könül ver, dil ver, dodaq ver,Gəlmişəm, qoynunda sığınacaq ver!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-gelmisem-qoynunda-siginacaq-ver
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Övzai-çərx sanma ki, biixtilaf olur,Cuyi-zəmanə gah bulanır, gah saf olur.
VarOl gündən lənət olsun şeytana,Ondan ötrü çoxlu fitnə-feli var,
QayıdaYar sallana çıxa sürəngahına,Gecəni yanımda qala, qayıda.
Könlüm yenə bir kasə qızıl qano dönübdürKönlüm yenə bir kasə qızıl qano dönübdür,Qan olsa böylə zülmlə hər yanə dönübdür!