Dayan, zaman, dayan vaxt,Su kimi axıb getmə.Gurla, şimşəyim gurla,Bir anda çaxıb getmə.

Ruha süzül, qəlbə ax,Günəş kimi oda yax.Baxırsan, əbədi bax,Ötəri baxıb getmə.

Mən zərrə, sən Kainat,Səninləyəm hər saat.Ey gözəllik, ey həyat,Məni buraxıb getmə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets