Yarın yardan inciməyi, gülüm, təzə xəbər deyil,Səndən ayrı çəkmişəmsə zülüm, təzə xəbər deyil.

Məndən əvvəl yana-yana gəldi-getdi neçələri,Sənsiz yanıb külə dönsəm, külüm təzə xəbər deyil.

Neyləyəsən, həsrət elə sevənlərlə bir doğulur,Dodağına toxunmasa dilim, təzə xəbər deyil.

Eşqim ilə nələr dedim, gecə-gündüz gələr dedim,Əllərinə yetişməsə əlim, təzə xəbər deyil.

Desələr Zəlimxan ölüb, göz yaşını car eyləmə,Tamaşa qıl bu karvana, ölüm təzə xəbər deyil.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love