Suya toxundursam, su yuyar, gedər,Getmə, əllərimin xınası, getmə.Qorxuram dumanda itib-batasan,Getmə, göylərimin durnası, getmə.

Bilmirəm tanrısan, yoxsa bir bəşər,Şair qismətinə gözəllər düşər.Gedərsən, gözümdə göllər titrəşər,Getmə, göllərimin sonası, getmə.

Keçilməz sədd olar, aşılmaz hasar,Qəm bir qapaz olub başımdan basar.Ləpələr kükrəyər, dalğalar susar,Getmə, sevincimin dəryası, getmə.

Odlanan ürəyim, nurlanan üzüm,Çağlayan ilhamım, sellənən sözüm.Axşamım, səhərim, gecəm, gündüzüm,Getmə, həyatımın mənası, getmə.

2001, 24 fevral

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets