Ulu tanrı xoş nəzərlə baxanda,Vədəsində canı cana çatdırar.Xoşbəxtliyi Allah özü göndərər,Bir günə yox, bircə ana çatdırar.

Qəlbin dostu, könüllərin yarıdı,Məhəbbətin meyvəsidi, barıdı.Öz işində hər şair bir arıdı,Uça-uça balı şana çatdırar.

Haqq yolunda ipə dönüm, incəlim,Halal sözün havasında dincəlim.Ay Zəlimxan, saf ürəyim, dinc əlim,Bir gün məni yaradana çatdırar.

2006, may

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love