Heç bilmədim dağ gözəliNiyə gəldi, niyə getdi.Sevgi üçün yaranmışdı,Sevgi deyə-deyə getdi.

Canımdan bir can apardı,Yaralarmı qan apardı.Dəli bir boran apardı,Düşdü səsə-küyə, getdi.

Üfüqlərin zər qızıydı,Təbiətin tər qızıydı.Sanki, bir göylər qızıydı,Göydən gəldi, göyə getdi.

2008, 12 yanvar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets