Allah bir də heç kəsə bu dağı göstərməsin,Qar-boranı, şaxtanı, sazağı göstərməsin.Səhənglər suda sındı, dolça bulaqda qaldı,Söz ürəkdə qırıldı, nəğmə dodaqda qaldı.Bu ütüdən qurtarıb bir yana çıxmaq üçün,Gözlər göyə dikildi, ağızlar haqda qaldı.Bizi öz bəxtimizə biganələr üşütdü,Boran, qar üşütmədi.Göyə çıxan vayları,Daş dələn harayları,Kar qayalar eşitdi,İnsanlar eşitmədi!Biri öy tikdirirdi, öyü qaldı yarımçıq,Biri öz balasını təzə nişanlamışdı,Toyu qaldı yarımçıq!Alışmadı şamları, gülmədi axşamları,Qaldı, gözündə qaldıNeçə-neçə insanın arzuları, kamları.Taleyin qəsdinə bax!Əziyyət verə-verə öldürür adamları!Duyğular kövrəkləşir, könüllər sızlar olur,Saçı yolan gəlinlər, ağlayan qızlar olur.Qara gəlmiş dövranın ili ildən pis gəlir,Qəddimizi əyməyə,Qapımızı döyməyə,Gündə bir alçaq gəlir, gündə bir xəbis gəlir!Fərman verən kəslərin,Qəlbi, hissi, niyyəti daş olur, dəmir olur,Puç olan – saf arzular, çürüyən – ömür olur!Verilən fərmanların hamısı boş, yalançı,Fərman alan köməksiz, fərman verən talançı!Gəl indi baş tap görüm,Min sifət adamların əməlindən, işindən.Qurtar öz taleyini,Oyunbaz siyasətin caynağından, dişindən.

Zorla, güclə, kələklə,Əllərindən alalar dağını, aranını,Əzələr mənliyini, qaraldalar qanını.Qayaların döşündən pozalar naxışını,Yaman günə qoyalar baharını, qışını.Qoymayalar qalmağa daş üstündə daşını,Silələr tarixini, alalar yaddaşını.

Torpağına göz dikib yurduna qəsd edələr,Yeridiyin yerdəcə səni şikəst edələr.Danışmaq istəyəndə dilini bağlayalar,Yerimək istəyəndə yolunu bağlayalar.Özünü xilas üçün,Əl-qol atmaq istəsən qolunu bağlayalar!Onda qalxır şikayət,Onda qopur qiyamət.Onda çəkilir göyə,Gözdə nur, dizdə taqət!Nə zaman ki, böhtan gülür,Şər yeriyir, ayaq tutur,Nə zaman ki, başa keçib,Haqq yerini nahaq tutur,Nə zaman ki, əyri düzlə,Yaxşı pislə calaq tutur,Bax, o zaman Lələ köçür,Kərəmi ağlamaq tutur!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets