Ürəyimdə neçə-neçəYas qarıyıb, vay gizlənib.Himə bənddi, gözlərimdəNeçə çeşmə, çay gizlənib.

Ürəyimi kimə açım?Dərd əlindən hara qaçım?Duman qoymur işıq saçım,Buludumda Ay gizlənib.

Dağlar altda nələr yatır,Yatır, dağ-dərələr yatır.İçimdə nərələr yatır,Ruhumda haray gizlənib.

2000, 7 dekabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring