Sünbülün saraldı, döyülməlisən,İştah da, tamah da vəl ağzındadı.Xırmanlar sovurar, küləklər qovar,Dən kimi ömrümüz yel ağzındadı.

Ölməzlik eşqinə düşmə nahaqdan,Ölümün fərmanı haqdandı, haqdan.Şimşək başdan vurar, dalğa ayaqdan,Qayalar həmişə sel ağzındadı.

Qaya parça-parça, daş tala-tala,Əbədi yerində qalmaz bir qala.Lap belə bu əsri o əsrə cala,Yenə qəbir evi bel ağzındadı.

2002, 7 iyun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death