Quzum
Dözəmmirəm təkliyinə,Mələmə, quzum, mələmə.Göy çəməni göz yaşınaBələmə, quzum, bələmə.
Nələr deyir, nələr, səsin,Dağı-daşı dələr səsin,Üstümə od ələr səsin,Ələmə, quzum, ələmə.
Yaşayırsan əsə-əsə,Diksinirsən qəfil səsə,Yalqızlığı heç bir kəsəDiləmə, quzum, diləmə.
Gözlərimə endirib çən,Saçlarıma yağdırıb dən,Ürəyimi qan eylərsən,Eyləmə, quzum, eyləmə!
1977, 18 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-quzum
Use ← → keys to move, R for a random poem
More by this author
Şair ömrü
Şair olan öz ömrünü yaşamır,Dərdin, qəmin bol ömrünü yaşayır.
DoğulduQadın ağrı çəkdi, anaya döndü,Köksündə müqəddəs dilək doğuldu.
Şeytana uzağam, Allaha yaxınMənim içərimdə od var, haray var,Gündüzlər Günəş var, gecələr Ay var.
İman gətirinQəlbinin nurudu hər odlu baxış,Gözünün yaşıdı hər yağan yağış.