Bəlkə, qocalıq da qar rəngindədir
Təbiət pay böldü fəsillərinə,Çiçək yaza düşdü, qar qışa düşdü.Yer üzü ağardı bircə gecədə,Yağdıqca qar gözə, qar qaşa düşdü.
Zirvələr gümüşdü, dərələr ağdı,Qarın yaraşığı qartallı dağdı.Allaha şükür ki, çöllərə yağdı,Hələ ki qar dağa, qar daşa düşdü.
Cilovsuz at kimi baş alıb gedir,Bilmirəm bu qədər kövrəklik nədir.Bəlkə, qocalıq da qar rəngindədir,Qorxudan qəlbimə qarğaşa düşdü.
2001, 3 yanvar
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-belke-qocaliq-da-qar-rengindedir
Use ← → keys to move, R for a random poem
More by this author
Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz(üz tutsanız), Allah oradadır. Şübhəsiz, Allah (öz
Ey insanlar! Rəbbiniz birdir. Atanız da birdir. Hamınız Adəmin övladlarısınız(Hz. Məhəmmədin vida xütbəsindən)*Ey dünyanın, gələcəyin
Pıçıltı xəlvətin intibahıdır(Ya Peyğəmbərl) Oxul Sənin Rəbbinən böyük kərəm sahibidirl
Türk və İslamTürk islamın dayağıdır,islam türkün bayrağıl