Göylər
Yağan nur da onundu,düşən qar da, dolu da,Min illərdi tükənmireşqi ulu göylərin.
Hər dəfə buludundangur yağışlar yağanda,Boşalır saf ürəyiqəlbi dolu göylərin.
Necə görsün yer üstəyanan cəhənnəmləri?Ay-ulduzdu, Günəşdisağı-solu göylərin.
Nə qədər yüksəlsə də,nə qədər ucalsa da,Şair qəlbindən keçirsəmti, yolu göylərin.
2003, 12 yanvar
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-goyler
Use ← → keys to move, R for a random poem