Yer üzündə günah qalmaz,Vədəsində günahınıHamı etiraf eyləsə.Dinsizlər bir dinə gəlib,Bir azca insaf eyləsə.Nahaq haqqı əyə bilməz,Tərəzini tutan kəslər,Gözünü sərraf eyləsə.Dünya könül bulandırmaz,İnsan oğlu öz işini,Büllur kimi saf eyləsə.Küsmə insandan, Allahım,Vaxt dəyişib xislətini,Onu bir əclaf eyləsə.

2003, 13 yanvar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love