Günahsız gəlirik
Dünyanı min dəfə dağıtmaq olar,Bu qədər qan tökən silahlar ilə.Həyatda hər şeylə bacardı insan,Bacara bilmədi tamahlar ilə.
Gedir insan oğlu, yolu çaş gedir,Üzdən qan süzülür, gözdən yaş gedir.Bu torpaq üstündə hey savaş gedir,Dil tapa bilmirik timsahlar ilə.
Zamanın ovcunda mum olur qaya,Qum olub dağılır çeşməyə, çaya.Günahsız gəlirik qoca dünyaya,Dünyadan gedirik günahlar ilə.
Kimdi fikir verən amana, aha,Ölüm ucuz olub, yaşamaq baha.Allahın özü də bacarmır daha,Özü yaratdığı “allahlar” ilə.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-gunahsiz-gelirik
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Londonda "Haydpark" deyilən bir bağda hər kəsistədiyini danışmaq, hətta hökuməti ittiham etmək
Bax (Qaranı)Qul Qaranı:*Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,
Mən məvali məzhəbəm, rahım ƏliMən məvali məzhəbəm, rahım Əli,Hacətim, zikrim, nəzərgahım Əli,
BaxBizi yoxdan var eləyən ol şahi-dildara bax,Abı,ataş,xaki, baddan xəlq olunan insana bax,