Bu dünyada bişmək üçündünyaya xamdan gəlmişəm,Sevgi adlı bir butayam,eşq adlı camdan gəlmişəm.

Yarım atam, yarım anam,bütövləşib bir can olub,Mən yarımçıq olmamışam,bütövdən, tamdan gəlmişəm.

Haqqa doğru gedənlərdiuzaq yolun yolçuları,Mövlananın səcdəsinəŞəms olub, Şamdan gəlmişəm.

Məni belə güclü edəngüvəndiyim “Ənəlhəqq”di,Həqiqətlər vurğunuyam,Haqqa inamdan gəlmişəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love