Könül, nə hələdir bu ki, sən vəsli-yarə yetişdin?Nə həsrətin daxi var, yari-gülüzarə yetişdin?

Hərimi-vəsldə şəmi-camali-yarə ənis olan,Sükut qıl, dəxi pərvanə var, narə yetişdin.

Nə lərzədir dəxi səndə, nə iztirabə düşübsən?Nə piçü tab, bu zülfi-tabdarə yetişdin?

Kəməndi-ah ilə səhrayi-qəmdə çox gəzdin,Bu dami-eşqi qurub, bir gözəl şikarə yetişdin.

Diyari-hicrdə bir müflisü gəda olalı,Səriri-vəsldə bu izzi-etibarə yetişdin.

Məgər bu vəsldə əyyami-hicri yada salırsan?Nə karədir qəmi-hicran ki, sən nigarə yetişdin.

Tilsimbənd olub, qala bəndi-eşq müsəxxər,Bu şəhərdə nə qəmin var ki, şəhriyarə yetişdin.

Əgərçi ahla çəkdiyin qəmi-zimistanı,Xüdayə şükr elə kim, mövsümi-bahara yetişdin.

Sədaqət ilə içib Sidqi tək cəfa zəhrin,Bu şüşə içrə meyi-saf, xoşgüvarə yetişdin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love