Dərdi-eşqin dilbəra, bir dərdi-bidərmanmış
Dərdi-eşqin dilbəra, bir dərdi-bidərmanmış,Müddəti-hicrin sənin bihəddü bipayanmış.
Yox gümanım tazədən bu mülki-dilabad ola,Əvvəlindən bu xarab olmuş könül viranmış.
İndi bildim, yox məzəmmət binəva Məcnun üçün,Bəs deyərdim biəbəs səhrada sərgəranmış.
Sidqiyəm, sidq ilə nuş etdim vəfa peymanəsin,Bimürüvvət dilbərim biəhdü bu peymanmış.
Kitabxana.az · https://kitabxana.az/en/works/sidqi-derdi-esqin-dilbera-bir-derdi-bidermanmis
Use ← → keys to move, R for a random poem
More by this author
Pərişan eyləyib əhvalımı, bir gözləri yağı,Fərağında olub qəmxanə könlüm yağı oynağı.
Könül, qəm çəkmə əyyami-fəraqi-yar qurtardıKönül, qəm çəkmə əyyami-fəraqi-yar qurtardı,Fəqan etmə, qəfayi-çərxi-kəcrəftar qurtardı.
Yarəb, nə türfə güldü bu İsa çiçəkləriYarəb, nə türfə güldü bu İsa çiçəkləri,Məryəm şükufə, canı məsiha çiçəkləri.
Gülər gül kimi bülbül guşeyi-gülzarə düşdükcəGülər gül kimi bülbül guşeyi-gülzarə düşdükcə,Tökər göz yaşını gülzardan avarə düşdükcə.