Tutiya eyləmişəm çeşmimə xaki-dərini,Gözüm insaf eləsin, tökməsin əşki-tərini.

Mən nə bədbəxt idim, axtardı münəccim neçə ay,Bürci-əğrəbdə tapıb taleimin əxtərini.

Çeşmi-mastan, səfi-müjkan, iki əbruyi-kaman,Bu alar can, o tökər qan, bu çəkər xəncərini.

Sındırıb dilbəri-məhparə könül şişəsini,Qorxuram nazikdi, paralaya əllərini.

Deməyin, Sidqi neyçün yazmadı keyfiyyəti-hal,Neyləsin, göz yaşı yazdıqca yuyar dəftərini.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets