Haqqa arxa çevirsən
Yaradanın yanında günahımız olmasa,Başımıza bu qədər qan gəlməz, qada gəlməz.Tərəzinin gözündə savaba yer qalmadı,Ruhumuz zəhərlənib ağzımız dada gəlməz.
Varlığından qanad tax əsib keçən mehlərin,Saflıq götür nurundan səhər düşən şehlərin.Haqqa yolu açıqdı əməlisalehlərin,Dostu şeytan olanın Allahı yada gəlməz.
Haqqa arxa çevirsən, yeyərsən kötəyindən,Dada bilməzsən eşqin balından, pətəyindən.Nahaq yerə yapışma tanrının ətəyindən,Allahı çağırarsan, Allahdan səda gəlməz!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-haqqa-arxa-cevirsen
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet,Qussədən gul tək saraldım, ey xuda, fəryadə yet.
Vəfalı mənəmBilən bilir ki, məhəbbətdə haqq sədalı mənəmGözəl zəmanəmizin gərdişindən halı mənəm.
به عذر روی نهادم پس از هزار گناهچه شوخ چشم کسم لااله الاالله
TövbənaməEy xuda sənə əyandır ki, vəfadaram mən,Tutduğum işləri yad eləyib ağlaram mən.