Köhnə havalar
Ruhumda üzüntü, qəlbimdə təlaş,Çiy qalır, içimdə bişmir bu hava.Məni oynamağa çağırma, qardaş,Mənim sümüyümə düşmür bu hava.
Təzə uşaqların havasıdı bu,Köhnə kişilərin havası deyil.Başqadı içimi yandıran arzu,Davam tək qədimlik davası deyil.
Qolu da, qıçı da oynatmaq olar,Bu hava ruhumu oynada bilmir.Qızmış kəllələri qaynatmaq olar,Bu hava içimi qaynada bilmir.
Oğulsan, səbr eylə, döz bu hay-küyə,Oğulsan, baş çıxart bu basabasdan.Keylərin içində dönürsən keyə,Nə ruhda nəğmə var, nə dildə dastan!
2007, 17 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-kohne-havalar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Neyləyim, oldu bahar amma baharım gəlmədi,Gül açıldı gülşən icrə, gülüzarım gəlmədi.
Gül üzə-üzəYarım, çıx görüşə seyr edək bağı,Gəzək çəmən boyu gül üzə-üzə.
VədəsidiXal düşübdü yamac-yala,Qar gedir, yaz vədəsidi.
Eşq atəşi can yıxıyorEşq atəşi can yıxıyor,Ürəkdən qanlar axıyor.