Köməyə haqqı çağırın
Gəmisi darda qalanlar,Zəmisi qarda qalanlar,Namusu torda qalanlar,Köməyə haqqı çağırın.
Halal haqqı əzilənlər,Düzü tərsə yozulanlar,Bəxti qara yazılanlar,Köməyə haqqı çağırın.
Güldən çox alaq görsəniz,Xeyrə şər calaq görsəniz,Çarmıx, daşqalaq görsəniz,Köməyə haqqı çağırın.
Əl üzməyin ətəyindən,Balı süzün pətəyindən.Çəkinməyin kötəyindən,Köməyə haqqı çağırın.
Var-dövlət də, ad da yalan,Damaqdakı dad da yalan,Dost da yalan, yad da yalan,Köməyə haqqı çağırın.
Çiyinləri əyəndə yük,Başda biz-biz duranda tük,Eşqi uca, səbri böyük,Köməyə haqqı çağırın.
Bəndənin verdiyi ahdı,İşi-gücü suç-günahdı.Haqqın ünvanı Allahdı,Köməyə haqqı çağırın.2001, 25 noyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-komeye-haqqi-cagirin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
"Səhv düşəndə yerimiz"*Qabil*
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
Allah bu millətdən nə əsirgəyibAllah bu millətdən nə əsirgəyib?Yerin nəfəsiylə yanan odu var.
Fərman əlindədirSahildə aparmış məni əl boyda bir qayıq,Sahildə uzaqda qayıq ümman əlindədir.