Tanrıyla görüş
Canı haqdan əziz bildik,Can vermədik Tanrıya, can.İnsan onda yıxıldı ki,Yol getmədi Tanrıyacan.
İştahanın cazibəsi,Göyü çəkdi, yeri çəkdi.Tamah tutdu ətəyindən,Var gücüylə geri çəkdi.
Gözümüzə görünmədi,Baxdıq, Tanrını görmədik.Dolaşdıq ondan bəridə,Ondan anrını görmədik.
Din dünənin söhbətidi,Tanrı sığmaz dünənlərə.Allahlar da qibtə edir,O dərgaha dönənlərə.
Yerə baxma, göyə baxma,Nə kitabda, nə dində gəz.Uzaqlarda tapammazsan,Tanrını öz içində gəz.
Atıb mənəm mənəmliyi,İt nəfsi tərk etmək üçün,Tanrıyla görüşmək üçün,İnsanı dərk etmək gərək.
2001, 11 yanvar Altıağac
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-tanriyla-gorus
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Tut orucu, qıl namazı,Allahına xidmət elə.
Ayrı salmasınBaşına döndüyüm alagöz Pəri,Tanrı səni məndən ayrı salmasın.
Rəqib töhməti etdi məni cüda, ey dustRəqib töhməti etdi məni cüda, ey dust!Bu zülmü gördü rəva, görməsin səfa, ey dust!
Uzun dəryaBəh-bəh, kənə bu çay nədəndir? Bu yəqindir ki, bunun əslini Allah yaradıb xəlqə, vəli Kızlı imiş tapdı bu dürri-ədəni, xarici məzhəb.Edib afaqə huveyda, salıb aləmlərə ğovğa qılıb hər işrəti icad eyləyib, Çayi-Xətanı adını qoydu Xətayi, belə pərmikər xətadır bu xətayı.