Sözlər mənim çiçəyimdi,Balımı sözdən çəkmişəm.İşığımı, alovumu,Sözdəki közdən çəkmişəm.

Min dağı, min dərəsi var,Uçurumu, bərəsi var.Sözün nə ki şirəsi var,Baxışdan, gözdən çəkmişəm.

Yarım bilməz, Lələm bilməz,İçim bilər, aləm bilməz.Mən çəkəni qələm bilməz,Nə çəkdimsə, mən çəkmişəm.

2004, oktyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets