Sevgidən doğuldum, sevdim, sevildim,Məni sevə-sevə öldür, İlahi!Allahın gücünü sevəndə bildim,Məni sevə-sevə öldür, İlahi!

Sellərə çevrilim, kükrəyim, axım,Buluda çevrilim, gurlayım, çaxım.Ətəkdən boylanım, zirvədən baxım,Məni sevə-sevə öldür, İlahi!

Şirindir sevilən hər gün, hər saat,Dünya gözəlitək, gəl, mənə naz sat.Kül olmaq ölümdü, köz olmaq həyat,Məni sevə-sevə öldür, İlahi!

Çəmənin üstündən əsən meh eylə,Çiçəyin gözündən öpən şeh eylə.İstər nökər eylə, istər şah eylə,Məni sevə-sevə öldür, İlahi!

Qara saçlarıma sevgi dən olsun,Mən bir sünbül olum, sevgi dən olsun.Elə ölümüm də sevgidən olsun,Məni sevə-sevə öldür, İlahi!

Həvəsim önündə əsrlər azdı,Eşqimin yanında sular dayazdı,Məni sevə-sevə yaşatmaq azdı,Məni sevə-sevə öldür, İlahi!2000, 10 noyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love