İmzala fərmanı
Bu ağrı nə qədər çəkəcək görən,Beş ilmi, on ilmi, yüz ilmi, Allah.Ucuz ölümünü nə baha satdın,Mənə nə çox gördün bu zülmü, Allah.
Ver şələ-şüləmi, yola sal məni,Bağla barxanamı, yığışdır gedim.Onsuz da dünyaya mən sığışmadım,Məni bir tabuta sığışdır, gedim.
Səbrin sərhədini itirir insan,Demə ki, səbir eylə, səbir yaxşıdı.Ağrılar üzünü bozardan zaman,Vallah, çarpayıdan qəbir yaxşıdı.
Bir ömrü nə qədər xərcləmək olar,Gah toya paylandı, gah vaya getdi.Böyük arzuları döndərib külə,Göylərə sovruldu, havaya getdi.
Qoyma üzülməyə, qoyma sınmağa,Görsün öz işini ölüm, qurtarım.Onsuz da mən sənə qovuşmalıyam,İmzala fərmanı, gəlim, qurtarım.
2010, 6 oktyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-imzala-fermani
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Death
Çevril bir bəri bax, ey yari vəfadar getməQoyub hicrində məni böylə giriftar getmə.
GəlmişəmÇamlı beldən durub səfər eylədim,İslambolun güzərinə gəlmişəm,
Bilüme müşg saçunı şehâ kemerlenüremBilüme müşg saçunı şehâ kemerlenüremNiçe ki gamzen oh ura ciğerde ferlenürem
Deyim, dinləGəl, otur!Bax, belə!