Ay mənim çiçəyim, küsdün, gəlmədin,Çiçəklər üzümə baxmadı sənsiz.O gün yatağında dayandı çaylar,Sular baş götürüb axmadı, sənsiz.

Yüz bahar dəyişə, yüz də yaz ola,Çətin, gözəllikdə sənə tay ola.Mən dedim, həmdəmim bəlkə yay ola,Buludlar altından çıxmadı, sənsiz.

Sevgisiz günləri hədər say mənə,Eşqimi itirsəm, onda vay mənə.Əgər bağışlansa bir saray mənə,Dağılmış, talanmış daxmadı, sənsiz.

1972, 20 iyun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love