Buludlar
İldırım çaxanda yaz səhərində,Dəyişdi rəngini ala buludlar.Qaraldı üfüqün al yanağında,Döndü göy üzündə xala buludlar.
Şimşək sinəsinə çəkəndə dağı,Dağıldı, töküldü göylərin tağı.Yenə qucaqladı ana torpağı,Sərildi yamaca, yala buludlar.
Fikrindən ağardı saçı qar kimi,Ağladı, ən ağır dərdi var kimi.Mələşdi anasız quzular kimi,Yellərə yem oldu bala buludlar.
1976, 21 may
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-buludlar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Xəbər ver
Badi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
PəriQarşıda Sına Pəri,Dostunu sına Pəri,
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.