Yandırır
Dünyaya gələli mənim könlümüBir kaman ağladır, bir saz yandırır.Ömür qışla yazın arasındadı,Bir qış donduranda, bir yaz yandırır.
Yaxına, uzağa meylimi saldım,Aranın, yaylağın seyrinə daldım.Mən bütün çaylardan sərinlik aldım,Qəlbimi tək bircə Araz yandırır.
Olsa da ürəyim yumuşaq, həlim,İstərəm hicrana bir gəliş gəlim.Vətəndən Vətənə çatmayır əlim,Ömrümü bir həsrət, bir naz yandırır.
1976, 21 iyun
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-yandirir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Qərib bir durnayam, ay dost, qatardan ayrı düşdüm mən,Qəfil güllə cüda saldı məni ulduzlu göylərdən.
YaşamaqNə xoşdi bir sənəmi–məhcəmal ilən yaşamaq,Həmişə izzətü cahü cəlal ilən yaşamaq.
EtirafSən şahsan, sultansan qulundur aləmMənim qulluğa da yoxdur gümanım.
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.