Saxladı
Ağır yarasını çətin illərin,Sarğılar qorudu, bağlar saxladı.Sahilin sahilə sədaqətiniKörpülər yaşatdı, tağlar saxladı.
Döyündü ürəklər, düşündü başlar,Qar-boran olanda çatıldı qaşlar.Qartalı qayalar, kəkliyi daşlar,İyidi qoynunda dağlar saxladı.
Zərgərin əlindən işıq aldı zər,Gözlərdə od yandı, alınlarda tər.Torpağa yük oldu qəlbi çürüklər,Həyatı çiynində sağlar saxladı.
1976, 11 iyun
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-saxladi-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ta müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
KəpənəkXatirələr*Emin Sabitoğlu bəstələmişdir
Çıxmaz başımdan eşq ilə sevdası dilbərinÇıxmaz başımdan eşq ilə sevdası dilbərin,Könlümdə var həmişə təmmənnası dilbərin,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur