Qocalıbsan
“Mənmi, zəmanəmi” – demə, Koroğlu,Zəmanə qocalmaz, sən qocalıbsan.At Misri qılıncı, girmə meydana,Daha Çənlibeldən en, qocalıbsan.
Nigar xəyaldadı, xəstədi Cunun,Gəlmir qəhqəhəsi dağlar oğlunun.Qalıb urvalığın, qurtarıb unun,Hərlənir başında çən, qocalıbsan.
Daha çəkən olmaz nazı-qəmzəni,Əymədi yaltaqlıq, əydi qəm səni.Qıratla yola sal Keçəl Həmzəni,Üyüt dəyirmanda dən, qocalıbsan.
1972, 4 avqust
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-qocalibsan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Adın ürəyimi bəzəyən arzu,Adına bənzəyə bilərsənsə, gəl.
QalmasınAləmləri babət-babət yaradanNə qaldı ki qul başına gəlməsin
Əbədiyyətin bir anıDedi: “gələcəyəm vidalaşmağa...”“Adam aldatmaq da, – dedim, – hünərmi?
Başımın üstündə toplanmış yenəBaşımın üstündə toplanmış yenəSükuta qərq olmuş yığın buludlar,