Su təcnisi
Suyu varsa, həyatı var dünyanın,Su dövlətdi, su sərvətdi, su vardı.Zaman yudu, dənizləri qurutdu,Bu dağlarda göylər boyda su vardı.
Dəniz olar damla-damla damar su,Ürək sudu, böyrək sudu, damar su.Yer qalmasın su üzünə tamarzı,Həyat güldü, hara axdı, suvardı.
Yağış yağdı, axdı, gəldi arxa su,Qabaq sudu, qənşər sudu, arxa su.Təcnis oldu Zəlimxanın arxası,Söz bağını cinaslarla suvardı.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-su-tecnisi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Çeçen aullarında*Xalq torpaq vayındadır,
Yetişib müjdeyi-canbəxş ki, canan gəliriYetişib müjdeyi-canbəxş ki, canan gəliriCanibi-gülşənə ol sərvi-xuraman gəliri.
BahariyyəQış getdi, yenə bahar gəldi,Gül bitdi və laləzar gəldi.
Bəsdir yetər axir!Nədir bu nazü istiğna, gecə oldu səhər axir,Könül şad eylə bir tək busə ilə ey gözəl, axir!