Allah özü memarıdı daşların,Yaranmadan yaraşıqdı daş daşa.Elə bil ki, yerdə çaxır ildırım,Dığırlanıb hər dəyəndə daş daşa.

Sevgi toxum, sevgi sünbül, sevgi dən,Saçımızda sevgi nişan, sevgi dən.Yerlər, göylər atəş ala sevgidən,Sular kimi daş qaynaya, daş daşa.

Çaxmağı çax, ocaq qala, daş qala,Daş saraydı, daş hasardı, daş qala.Vay o gündən insan qəlbi daş qala,Vay o gündən insan qəlbi daşdaşa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love