Mənim zirvəm
Mənim eşqim, mənim zirvəm,Yollarıma çəpər olub,Qoşun çəksə üstümə qəm,Daş-kəsəkli yoxuşlardaDidilsə də dizim, sinəm.Qayaların qucağınaGöz yaşlarım axsa belə,Başım üstə at oynadıb,İldırımlar çaxsa belə,Nə inadı buraxası,Nə səbrimi atasıyam.Yüz gün əlim boşa çıxsa,Bir gün sənə çatasıyam.
Zirvələrə gedən yolunYolçuluğu çətin olur.Kimin ora əli çatır,Məğrur olur, mətin olur.Bu həvəs ki qanımda var,Tükənməzdi mətinliyim.Yüz bilirəm, az bilirəmMin olsa da çətinliyim.Gecələri nurlandırıbGündüzlərə qatasıyam.Qarlı zirvə, havalanma,Bu gün çata bilməsəm də,Sabah sənə çatasıyam!
1975, 30 dekabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-menim-zirvem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
Könül bir yarı sevdi kim, pəridirKönül bir yarı sevdi kim, pəridir,Cahan içrə gözəllər sərvəridir!
Ay üzə-üzəAy ağalar, çeşmim yaşı sel oldu,Çalxanır sonalar ay üzə-üzə.