Ellər məclisinə şair gələndəGünəşi gözündə gətirməlidir.Bir dünya mənanı, bir dərya eşqiBir kəlmə sözündə gətirməlidir.

Xalqının şərəfi, adı dilində,Vətən torpağının dadı dilində,Çayı sinəsində, odu dilində,Ocağı közündə gətirməlidir.

İlhamı dağ seli, gözü-könlü tox,Hər sətri namərdə ox olmalı, ox.Şeirini qoynunda, qoltuğunda yox,Özündə, özündə gətirməlidir.

1975, 24 dekabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland