Neyləyim
Demə, niyə alovlanıb yanırsan,Od-ocaqsız sözüm tutmur, neyləyim.Misralarım ürəyimdə qaynamır,Dodağımda düzüm tutmur, neyləyim.Danışıram, sözüm olur baş-ayaq,Yeriyirəm, dizim tutmur, neyləyim.Könül gərək od yurdundan od ala,Buz olmağı üzüm tutmur, neyləyim.Alışmasa bu torpağın eşqinə,Ürək canda dözüm tutmur, neyləyim.
1975, 28 dekabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-neyleyim
Use ← → keys to move, R for a random poem
More by this author
Çiynimizdə nə qədər şəhidlər yola saldıq,Heç vaxtımız qalmadı toylara, düyünlərə.
Axmayın, göz yaşlarıDuzlu sular od vurub yanaqları yandırar,Dərddən, qəmdən, kədərdən süzülüb axarsınız.
Kəlbəcərdən gələn qarıƏrişindən, arğacından,Sürüsündən, arxacından,
Əsgər qardaşıma məktubArxaya çəkilsən, arxa – uçurum,Kənara dayansan, kənar – ölümdü.
Poems by other poets · Homeland
Kərəm keçdi bu dağlardan, o dağlardan ulu Tanrım!Adı getmir ürəklərdən, dodaqlardan ulu Tanrım!
VətənimdəKönül tələb edir, ürək atlanır,Gəşt eylə, dünyanı gəz vətənimdə.
Deyibsiz yəni gəlləm gəldi bir belə xəbər, Vaqif!Deyibsiz yə’ni gəlləm gəldi bir belə xəbər, Vaqif,Xilaf idi bu sözlər bəs, peşimanmı məgər Vaqif?
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!