Getdin, gedişinlə getdi sevincim,Səni varım gəzir, yoxum axtarır.Sənsiz göyərmədi torpağım, daşım,Əllərim səpməyə toxum axtarır.

Dönmüşəm düzlərdə dəlisov yelə,Sel gəlib, özümü atmışam selə.Göyəmi çıxmısan, səni bir beləGöylərə çəkilən yuxum axtarır.

1975, 21 dekabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets