Sazını götürüb səndən xəbərsiz,Qəlbində bir incə teli qırmışam.Elə bilirəm ki, cəllada dönüb,Obanı dağıdıb, eli qırmışam.

Şairi qınasa haqlıdı ellər.Döndərsə üzünü, doğrudu, sellər,Aşığın sağ əli tellərdi, tellər,Əllərim quruyub, əli qırmışam.

O gündən xəyalım dağlar aşmadı,Duyğular sel olub coşub-daşmadı.Fikrim xəstə düşdü, ayaqlaşmadı,Gərdəni sındırıb, beli qırmışam.

Xatasız qul olmaz, kərəmsiz ağa,Çəkmə Zəlimxanı arana, dağa.Bağbana deməmiş girmişəm bağa,Bağbanı incidib gülü qırmışam.

1975, 24 noyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring