Yenə nə taqqıltıdı?Vaxtsız döymə qapımı.Nə axşamdı, nə sabah,Vaxtsız döymə qapımı.

Oğul toyu, qız toyu,Yol gəlir illər boyu.Yaşamaqdan kim doyu?Vaxtsız döymə qapımı.

Oğul gözümün ilki,Ömrün sərvəti, mülkü.Otuz yeddi deyil ki,Vaxtsız döymə qapımı.

Polad gördüm, əyilmiş,Dəmir gördüm, yeyilmiş.Ay qapısı döyülmüş,Vaxtsız döymə qapımı.

Səndə ətək, məndə əl,Adın amansız əcəl.Gəlirsən vaxtında gəl,Vaxtsız döymə qapımı!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets