Balaca tarix deyilminillik bir ərəfə,Zaman atıb bu yoldahərəni bir tərəfə.Kimi şərəfsiz çıxıb,kimi çatıb şərəfə.Xəqani “Həbsiyyə”sianılanda hər dəfə,Keçir gözüm önündəndəmir bir qəfəs yolu,Xəqanidən Xəliləyol gəlir, məhbəs yolu.

Biganələr nə bilsingövhər nədi, inci nə,Kimdi baxan insanınqocasına, gəncinə.Şairlərdi atılanzindanların küncünə,Daraldıqca meydanısıxılır nəfəs yolu.Xəqanidən Xəliləyol gəlir, məhbəs yolu.

Birinin gözündə nur,birinin gözündə qan,Ata “can-can” deyənəoğul söylədi “qan-qan”.Mənuçöhr sevənirədd elədi Axsitan,Xəqaninin qazancıoldu axırda zindan,Bağlandı bir dahininuçuş yolu, səs yolu,Xəqanidən Xəliləyol gəlir, məhbəs yolu.

Zindanların tarixineçə min illər qədər,Zindanların qədəribağlanan dillər qədər.Zindanların şöhrətiNazim Hikmətlər qədər,Musa Cəlillər qədər.Nahaqdan yana-yanahaqq basılır zindana,Zaman çətin düzəldirəyri yolu, nəs yolu,Xəqanidən Xəliləyol gəlir, məhbəs yolu.

Axı, o, öz şeirinişaha hədiyyə verdi,Xəqaniyə fitvanı kim verdi,niyə verdi.Onu həbs edənlərəo, bir “Həbsiyyə” verdi.O, Tanrı vergisidi,sönmədi həvəs yolu.Xəqanidən Xəliləyol gəlir, məhbəs yolu.

“Lefortovo dəftəri”“Həbsiyyə”nin davamı,Qırmızı imperiyaQara-buza döndəribmənim isti yuvamı.Qan ilə zəhərləyib,Zəhər ilə doldurubsaf suyumu, havamı,Tufanlı günlərimdəXəlil Rza qeyrətiçəkdi mənim davamı.Onu qorxudammadıQaniçən yağıların“doğra” yolu, “kəs” yolu,Xəqanidən Xəliləyol gəlir, məhbəs yolu.

Qızıl qanlar içindəbir şeir gülüstanı,Bu gülüstan xalqımıngöz yaşıyla isdanı.Köləliyə, zülmətəTərsinə bir şillədir“Lefortovo dastanıl”Cəhənnəmlər içindəsözdən cənnət yaratdı,Yerə, göyə sığmayanbir məhəbbət yaratdı.“Sizin o divarınızbizə vız gəliyor, vızl” —Nazim cəsarətiylədaşları qum elədi.Kitabları əritdi,dəftəri şum elədi.Azərbaycan şeirininqeyrət damarı kimi,“Lefortovo” adındabir səltənət yaratdı.

Təbriz cəsarətiyləbir neçə boy ucaldı,Şəhidliyin, mərdliyinülvi, müqəddəs yolu,Xəqanidən Xəliləyol gəlir, məhbəs yolu.

Xəqanini tutduranistedada paxıllıq,çirkin dedi-qoduydu.Şeytanın fitnə-feli,məkrin sönməz oduydu.Onu özümüz olduqzindanlara atdıran,Şabran adlı qaladaQoluna qandal vurub,qəlbini qanatdıran.Bu gün Şabran qalasıuçuq, xarabalıqdı.Yaşayan Xəqanidi,Dahilərin sirdaşıyaradandı, xalıqdı.

Xəlili həbs etdirənYıxılan imperiyanınkəmfürsət niyyətiydi.Lefortovo adındaZindana baş əyməyənşair şəxsiyyətiydi.Bu qətiyyət, bu vüqarXəlil Rza donundaƏhməd Cavad xisləti,Cavid qətiyyətiydi.

“Bir xırda vergül qədər”sınmaq, əyilmək olmaz, —Böyük Xəlil Rzadafikir, məram qətiydi.

Həqiqəti gizlədib,haqqı dana bilmədi,Gördü, gördüklərinəheç inana bilmədi.Cəhd elədi qanmağa,ancaq qana bilmədi.Məhbusa bax, eşqə baxlSöz güllə, qələm silah,Döyüşə bax, məşqə baxlÖmrü boyu bu zindanNə belə şair görüb,nə belə bir qəhrəman.O, əyilmir zamana,ona diz çökür zaman,Zindanbaşı mat qalıbBasılmaz bir şairininadına, səbrinə.Şair baxıb tüpürürQanlı imperiyanınməzarına, qəbrinə.Yox, şair dustaq deyil,Yox, şair əsir deyil.Xəlil Rza mərdliyiAydın bir həqiqətdir,heç bir kəsə sirr deyil.Dəydikcə zərbə, yumruq,tərpənir divarda daş.Kökündən, məhvərindənÖlümə doğru gedirhər saatı, hər anı,Lefortova zindanılKimdi böyük şairinburda könül dostları:Homer, Dante, Nizami,Sabir, Füzuli, Cami,Vurğun, Aşıq Ələsgər.Neçə əli qələmli,neçə sinəsi dəftər.Kimdi böyük şairinqəhrəman qardaşları:Atilla, Babək, Mete,Şah İsmayıl, Nəsimi.Hər biri baş qaldırıbtarixin yaddaşından,Xəlil, əyilmə deyir,eşit mənim səsimil“Moabit”dən bu səsəMusa Cəlil səs verir,“Xəlil, əyilməl” — deyir.Bu səs Xəlil Rzayaikinci nəfəs verir,“Xəlil, əyilməl” — deyir.Ölümə göndərdilərXəlili daş zindana,O zindanın içindənXəlil dirildi çıxdı.Düşmənlərin gözünəatıldı güllə kimi,Ox kimi itiləndi,yaytək gərildi çıxdı.Çəksə də dərdli başımin qadanı, min qanı,Xəlili əyəmmədiLefortovo zindanılKimdi böyük şairinqəlbinin şah damarı,Ağrı və ah damarı:Azərbaycan adındayaralı bir məmləkət.Ana yurda sevgidənə ölçü var, nə sərhəd.Silinib getməlidirqara-qara ləkələr.Uçub dağılmalıdırqanlı müstəmləkələrlYazılan hər sətirləcandan tikan çıxacaq.Bu xaraba zindandanXəlil Rza adındaYenilməz, məğrur, mətinAzərbaycan çıxacaqlHaqqın qələbəsiylənahaqqın çıxır canı.Məğlub olur şairəLefortovo zindanıl

Kimdi böyük şairingözlərinin işığı,ömrünün yaraşığı,Məsləkdaşı, sirdaşı,ərşə ucalan başı.Kimdi böyük şairiAğır dəqiqələrdəsağ-salamat saxlayan,Ümidini, eşqiniyerə-göyə bağlayan.Sevgilisi, əzizi,istəkli Firəngizi.

Ona əsər yazdırır,ona kitab yazdırırFirəngizsiz günlərinhər saatı, hər anı.Ha çalışır, sevgiyəBir sərhəd çəkə bilmirLefortovo zindanıl

Ruhuma, varlığımaXəlil Rza şeirindəndüşən izə baxıram.O izin sağ-solundaFirəngizə baxıram.Firəngiz deyiləndəŞair gözlərindəkigül-nərgizə baxıram.Firəngiz Xəlil üçünəsən nanə yarpağı.Xəlil Rza ömrününVəfalı qadın kimitək nişanı, yarpağı.Əsla Allahın altdaHər şairin bəxtinəbelə bir qadın düşə.Firəngizlə Xəliltəktarixə adın düşə.Kimin olsa belə birmərd, cəfakeş qadını,Ulduzlara qaldırarər kişini qadını,Ulduzlara qaldırarər kişinin adını.Yarı arif olanda,Ruhu zərif olanda,Şair, şair olmaz ki,çevrilib Allah olar.

Çıxar sevgi taxtına,fərman verən şah olar.Necə ki, Xəlil RzaZindanda qul olmadı,zindanlara şah oldu.Onu uca saxlayanFirəngiz məhəbbətiBöyük şairlik üçün,Böyük kişilik üçünən ulu dərgah oldu.Firəngizi, Aytacı, Gültacı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets