Ey Vətən oğulları!
Ey Vətən oğullarılÇalın zəfər zəngini,Bu torpağın səsinə, sorağına çevrilinlYandırın işıqları yurdun kəhkəşanında,Gözümüzün nuruna, çırağına çevrilini
Son nöqtəsi qoyulsun kədərin də, yasın da,Analar saç yolmasın oğulların yasında.Eşqiniz rəngə dönsün rəssamın fırçasında,Şairin qələminə, varağına çevrilinl
Haqq özü şölə salsın həqiqətin yoluna,Millətimiz dönməsin əsarətin quluna.Qolu kəsilənlərin qanadına, qoluna,Ayaq itirənlərin ayağına çevrilinl
Kökümüz baltalandı, soyumuz harda qaldı,Torpağımız, havamız, suyumuz harda qaldı.Yas dalınca yas gəlir, toyumuz harda qaldı,Körpəsiz anaların qundağına çevrilinl
Kəsin bəndi-bərəni, aşın dağı-dərəni,Qalxın Çənlibellərə, çəkin dəli nərəni.Tanrım darda qoymasın əri, mərdi, ərəni,Dağ kimi duranların dayağına çevrilinl
Gələn uğurlu səhər, sökülən dan eşqinə,Dizin-dizin sürünüb üzülən can eşqinə,Göydə Allah eşqinə, yerdə insan eşqinə,Ordunun silahına, yarağına çevrilinlSinəmiz nişandadı, düşmən kəsib qarşını,Yağılara verməyin bir qarışı, arşını.Oxuyun bir ağızdan istiqlalın marşını,Qələbənin, zəfərin bayrağına çevrilinl
Ey Vətən oğullarılBu gün əlimdə qələm, bu gün sinəmdə dəftər,Sizin haqqınızdadır,Yaralı ürəyimdə yaralanmış bir əsərlSizin kəsərinizdir sözümdəki güc, kəsərlSizin işığınızdır üzümə doğan səhərlSəs səsə verək bu gün,Bu xalqın xidmətində mən bir şair, siz əsgərlMənim misralarımıDüşmənin ürəyinə atın güllə yerinə,Mənim sətirlərimiDüşmənin sifətinə çırpın şillə yerinəlMənim şeirlərimiQələbə çalanların ayaqları altınaAtın çiçək yerinəlVətən çağırır sizilQoy heç kəs sinəsindəQara daş gəzdirməsin duyan ürək yerinəl
Ey Vətən oğullarılÖndə güllə yağışı, arxada Vətən dururlQoruyun zəmiləri, qoruyun sünbülləri,Biçilməmiş zəmidə döyülməmiş dən dururlTorpağı ana kimi, daşı sevgili kimi,Yurdun hər qarışını ağzında dili kimi,Qoruyanın, sevənin adı, sanı, şöhrətiTarix kitablarında tarixlərlə tən durur1l
Ey Vətən oğullarılAllahdan aşağıda mənim allahımsınızlOrduları sarsıdan gücüm, silahımsınızlSizi qalib görəndə mən şahlıq taxtındayamlSizi məğlub görəndə,Dözülməz ağrımsınız, çəkilməz ahımsınızl
Ey Vətən oğullarılBu Vətən nələr görüb?Hər dəfə göz açanda,Oğlunu şəhid görüb, qızını mələr görüb.Bu xalqın, bu millətin hər evinə yas düşüb,Bu gün onun bəxtinəÖlümə ölüm düşüb, qisasa qisas düşüb.Qonşu müxənnət çıxıb, dostu yağıya dönüb,Ağılar deyə-deyə ömrü ağıya dönüb.
Ağlamazdım,Gülərdim, ağlamazdım.Bilsəydim vəfan buymuş,Sənə bel bağlamazdım.
Bu, anamın səsiydi, bu, atamın səsiydi,Oğluna güllə dəymiş hər adamın səsiydil
Tüstünün, dumanın içindən çıxıb,Bu səs qan qoxuyur, zəhər dadırdı.Yol üstə boynunu bükən analar,Yaralı ceyranı xatırladırdı.
Nifrətə çevrilib, qəzəbə dönüb,Qılıncdan gəlirdi, qından gəlirdi.Qanı tökülənin ahı-naləsiİlikdən, damardan, qandan gəlirdi.Haqqın yaxasından yapışmaq üçün,Allaha tutmuşdu üzünü bu səs.Bizim səsimizi kimdi batıran,Bilmək istəyirdi düzünü bu səs.
Eşidə bilmirsə ana səsini,Göylər göylüyünü qoy yerə qoysun.Allah götürərmi, intiqamımıBu tarix, bu zaman məhşərə qoysun.
Allah qoy əl çəksin allahlığından,Bu zülmü görməyə gözü yoxdusa,Haqq 1lə nahaqqı yerbəyer edib,Zalıma deməyə sözü yoxdusal
Dözüm çox yaxşı şeydi, onun da bir həddi var,Səbir çox yaxşı şeydi, onun da sərhəddi var.Bu xalqın yaddaşında,Bir görün neçə-neçə qanlı 37-i varlBizi kimlər gətirdi göylərin qəzəbinə,Dözməyin bir millətin bu qədər əzabınal
Gözümüz yumulub bu gerçəkliyə,Duya bilməmişik səbrin səsini.Niyə unutmuşuq, görəsən niyə,Səbrin qəbir ilə qafiyəsini?
Qəbrə çağırırmış, sən demə biziSəbrə çağıranlar, dözüm deyənlər.Gözünü tökürmüş xalqın, millətin,Yalandan Vətənə gözüm deyənlərl
Dünya bizdən ötrü fil qulağıymış,Yatdıqca sozalıb yatmışıq elə.Dərs verə bilmədi dərdimiz bizə,Batdıqca günaha batmışıq elə.
Vətən oğulları, vətən qızları,Deyəsən çox şeyi tərs öyrənmişik.Qonşular cəsarət dərsi keçəndə,Biz dözüm haqqında dərs öyrənmişik.
Qasırğa qalxanda keçər demişik,Tufana dözmüşük, selə dözmüşük.Zəngəzur gedəndə səbrə güvənib,Göyçə boşalanda belə dözmüşük.
Əgər öyrəndinsə vətənsizliyə,Dənizdən balığın yoxa çıxacaq.Başının üstündən çəkiləcək göy,Göylərdən xalıqın yoxa çıxacaql
Meşədə palıdın yıxılan kimi,Ordu dağılacaq, qoşun gedəcək.Ürəkdən təpərin, candan qeyrətin,Başından kamalın, huşun gedəcək.
Qılınc ol, polad ol, dəmir ol, daş ol,Ağlama, sızlama, kövrəlmə, millətliYaxınlaş, doğmalaş, sıxlaş, dəmirləş,Dağılma, sökülmə, seyrəlmə millətliTəbrizsiz qalmağa öyrəndin, yetər,Dərbəndsiz qalmağa öyrəndin, yetər,Göyçəsiz qalmağa öyrəndin, yetər,Şuşasız qalmağa öyrənmə millətlLaçınsız qalmağa öyrənmə, millətlVətənsiz qalmağa öyrənmə, millətli
Üç yüz ildən çoxdu ki,Üz-üzə dayanmışıq,Tülkünün quyruğuyla, canavarın dişiylə.Üz-üzə dayanmışıq,Pəncəsi gödən sökən qocalmış bir ayınınAllahsız iştahıyla, amansız vərdişiyləl
Ey Vətən oğullarılAyının pəncəsini əzmək vəzifəsini,Tülkünün quyruğunu kəsmək vəzifəsini,Canavarın dişini qırmaq vəzifəsini,Çaqqalların boynunu burmaq vəzifəsiniSizə tapşırıb VətəniTarixin səhnəsinə kişi kimi gəlməyi,Kişi kimi yaşayıb, kişi kimi ölməyi,Sizə tapşırıb Vətəni
Bu tapşırıq sizlərə Quranın ayəsidir,Bu tapşırıq sizlərə,“Torpağı qoru" — deyən babaların səsidirlBu tapşırıq kəskindir sıyrılmış xəncər kimi,Bu tapşırıq böyükdür “Allahu-əkbər" kimil
Ey Vətən oğullarılQoruyun bu torpağılBu, elə nemətdi ki,Yamyaşıl çəməni də, sapsarı şoranı da,Qupquru səhrası da, dağı da, aranı da,Gözümüzün giləsi, ağzımızın dadıdır.Qorunmasa bu torpaq,Ananın ah-naləsi, atanın fəryadıdırlQorunmasa bu torpaq,Şikəst olmuş körpədir, yazıq olmuş qocadır,Odu sönmüş ocaqdı, tüstüsüz bir bacadılƏsir düşən oğuldu, yasa batmış gəlindi.Qorunmasa bu torpaq,Millətlərin içində “mən də millətəm” deyib,Dövlətlərin içində “mən də dövlətəm” — deyib,Yaşa görüm, gəl indilAlınmasa bu torpaq — dil gödək, baş aşağı,Yediyin çörək zəhər, su zəhrimar, aş ağılAlınmasa bu torpaq — üz qara, göz kölgəli,Allahın işinə bax,Özgənin hesabınaYurdsuzlar yurddaş olur, ölkəsizlər ölkəlilQorunmasa bu torpaqQanımız bahasına,Canımız bahasına,Allahımız, tanrımız, dilimiz bahasına,Düşmənə nifrətimiz, kinimiz bahasına,Alınmasa geriyə —Bir də bizim millətin,Günü çox çətin doğa,Bəxti çətin yeriyə!Torpaq əqidəmizdir,Əqidənin yolunda,Qovrulmasaq köz kimi, əriməsək şam kimi,Dilimiz olarmı ki,Adamlıqdan söz açıb danışaq adam kimil
Ey Vətən oğullarılNə kənara çəkilin, nə qoltuqda gizlənin.Vətən adlı Günəşin,Nurunda, atəşində durulun, təmizləninlOd Vətənin odudu,Su Vətənin suyudulOna arxa çevirsən,Axırda aqibətinYa şərəfsiz bir ölüm, ya qırx arşın quyudulDüşdün, çıxmağın çətin,Endin, qalxmağın çətin.Söndün, kül olacaqsan,Bir də oda çevrilib,Bir də çaxmağın çətiniFərari dedilərsə bircə dəfə adına,Allahın özü belə,Nə qədər istəsə də, çata bilməz dadınalFərari dedilərsə bircə dəfə adına,Xoş günü, xoş saatı bir də salma yadınalBir daha sən onları görə bilməyəcəksən,Xoşbəxtlik qapıları taybatay açılsa da,Sən onun heç birindən girə bilməyəcəksənlƏl uzatmaq istəsən,Qapının dəstəkləri əlini yandıracaq,Dodağın quruyanda içmək istədiyin suBir parça oda dönüb dilini yandıracaqlBoyun uca olsa da,Sən xalqın nəzərində yumağa dönəcəksən,Ağ paltarda qapqara yamağa dönəcəksənlİndi özün fikirləş,Şərəfli ölüm gözəl, ya şərəfsiz bir həyat?Şərəfsiz bir həyatdan ölüm yaxşıdı qat-qatl
Altı ilin qovğası dizlərini yordumu?Qaniçənlər zəlitək damarını sordumu?Qələbəsiz, zəfərsiz ordu da bir ordumu?Dayananda şax dayan, yeriyəndə sərt yeril
Burax bu oyunları, burax bu uşaqlığı,Bada verər milləti əsgərin yumşaqlığı.Dağlar çəksə üstünə, əldən vermə şaxlığı,Tarixin sabahına mətin yeri, mərd yeril
Laqeydin nə vecinə, nə gedib eldən gedib,Şuşa dünya gözəli, kəməri beldən gedib.Baxma ki, bir bu qədər torpağın əldən gedib,Təpiyi bərk vur yerə, nə küs, nə də pərt yeril
Yurdun əlindən çıxan qalanı, bürcü qaytar,Xalqın cibindən gedən mayanı, xərci qaytar.Vətən borcu deyilən müqəddəs borcu qaytar,Ürəklərdə qalmasın yara yeri, dərd yeril
Sağda tülkü hiyləgər, solda ayı pəncəli,Qələbəyə gedən yol əzablı, işgəncəli.
Aşılmaz zirvələr var, üstündən aşmalısan,Yatağına sığmayan çay kimi daşmalısanlZir-zibil harda varsa süpürüb atmalısan,Tufanları döşləyib döşünə qatmalısanl
Dan yerindən hər səhər günəş kimi doğmağın,Zülməti, qaranlığı beşiyində boğmağın,Yağıların başına atəş kimi yağmağın,Yolsuzluğun içində yolunu tapmalısanl
Sonuna yetmək olmur, qayğı dəniz, qayğı su,Axı nə qədər olar bu millətin qayğısı?Əqidəni, inamı başda qızıl tac eləlBu torpağın dərdinə özün bir əlac eləl
Qoy oynasın qolunda çaylar əzələ kimi,Xəyanətin evini dağıt zəlzələ kimi.Silaha dön, sursat ol, ayaqdan ələ kimi,Olsa da işin ağır, olsa da yolun çətin,Gözü sənə dikilib bu boyda məmləkətiniÜrəyini ovsa da şər-böhtanın gülləsi,Üzünü yandırsa da xəyanətin şilləsi,Sənsiz atılan deyil zəfərlərin pilləsi.Hələ çox işimiz var, mətin ol, ancaq mətin,Gözü sənə dikilib bu boyda məmləkətini
Minillik ordular var, min bir sınaqdan çıxıb,Şaxta kəsib, buz yarıb, qardan-sazaqdan çıxıb.Torpağın ciyərində şirəsi var, kökü var,Tarix boyu daşınan şərəfi var, yükü varlO kökdə ən qüdrətli qolun biri sən idinlO qolda ən işıqlı yolun biri sən idinlSəndən ayrı saldılar Atillanı, Meteni,Taladılar torpağı, dağıtdılar vətənilTürk sözü deyən kimi kəsdilər nəfəsini,Səndən ayrı saldılar Atatürkün səsinilXilaskar libasında qızıl-qızıl ordular,Qüdrətini, əzmini,Yora-yora qırdılar, qıra-qıra yordularl20-nin aprelində,Tufanların selində,Bir gecənin içindəSəkkiz generalımı Lenin güllələməsə,Səsmi çata bilərdi bu gün məndəki səsəl?Bu günə də çox şükür,Min dəfə öldürüblər, sən yenə dirilmisən,Ox kimi sıxılmısan, yay kimi gərilmisənlHələ təzə başlanır sənin savaş günlərin,Qurtar bizi əlindən,Qara xəbər, qara rəng, bu qara daş günlərinl
Ey Vətən oğullarılQələbə yollarında,Hər qarışda ölüm var, hər addımda təhlükə,Bu ağrının yükünü kim çəkməyə, kim çəkə.Millət yükü, el yüküÇəkənə bir şərəfdir, çəkməyənə bir ləkəlQalxın, ayağa qalxınlMürgüləyən qayanı, yatan daşı qaldırınlDilində vətən bitən vətəndaşı qaldırınlHəqiqətin yolundan nə yayının, nə sapın,Düşmən səddi keçilməz çətin bir dağa dönsə,Siz onu parça-parça qırın, dağıdın, çapınlƏn yırtıcı vəhşini ayağa saldırmağa,Qalaları top kimi yerindən qaldırmağa,Canda inam, əqidə, qanda güc, qüvvət tapınlBir ordunun üstünə təkcə yerimək üçünQəlbinizdə yenilməz hünər, cəsarət tapınlSizdən sonra dünyaya gələn nəsillər üçün,Gələcək illər üçün,Əvəzsiz bir xəzinə, tükənməz sərvət tapınlƏlinizi öyrədin ilan başı əzməyə,Sizdən sonra yetişən oğulların yanındaSabah haqqınız olsun başı uca gəzməyəlEy Vətən oğullarılBəndə öz Allahına,Əsgər öz silahına,Peyğəmbər Quranına,Millət öz imkanına,İnsan haqqın adına,Ata öz övladına,Nə qədər güvənirsə,Mən elə güvənirəm sizin qeyrətinizəlXəyanətin dilləri düzü tərsə yozsa da,Xəyanətin əlləri sıranızı pozsa da,Bu qarışıq zamandaQansoranlar millətin başında turp əksə də,Düşmən dəyirmanına su tökən nanəciblərƏl-ayağa dolaşıb əl-ətəkdən çəksə də,Söndürün eşqinizlə şər-böhtanın odunulYaxına buraxmayın heç bir dedi-qodunulNə küsün, nə inciyin,Nə küsün, nə pərt olunlQasırğalar önündə,Qaya kimi sərt olunlOğul kimi yorulmaz,Kişi kimi mərd olunlSiz bu inadınızlaDüşmənin ürəyində çəkilməz bir dərd olunl
Ey Vətən oğullarılSizin sıx cərgənizdə bu gün bir əsgərəm mənlSazımla, qələmimlə,Sevincimlə, qəmimlə,Atəş xəttinə doğru hər gün səfərbərəm mənlBu gün şairliyimiTanka, topa, mərmiyə, silaha döndərməsən,Bu gün etiqadımıYerə, göyə hökm edən Allaha döndərməsəm,Adına and içdiyim bu millətin yolunda,Haqqın, mübarizənin xeyli çətin yolunda,Zülmü, şəri, böhtanı öz əlimlə boğmasam,Yağıların başına dolu kimi yağmasam,Qoy Allah özü versin ən böyük əzabımılNəfəsim orduları ayağa qaldırmasa,Sındırın qələmimi, yandırın kitabımılZaman başqa zamandırlTək əsərlə, kitabla, tək qələmlə kar aşmırlSəngər çağırır bizilOtaqlara sığınıb qalmaq bizə yaraşmırlDar günüdür VətəninlYuxulu gözlər, haraylMürgülü başlar, haraylQəlbi soyuqlar, haraylÜrəyi daşlar, haraylSüd gölündə üzəninQan gölündə üzəndən yoxdu xəbər-ətəri.Köklər, harınlar haraylGönüqalın, yekəbaş, yekəqarınlar, haraylXəbəriniz varmı ki, qalamızı sökürlər,Gözümüz görə-görə gözümüzü tökürlərlAğdamın sayagəlməz əlvan otaqlarını,Kəlbəcərin tükənməz qızıl yataqlarınıDaşıyıb aparırlarlŞuşanın tarix olan əlvan naxışlarını,Daşdan, divardan silib, dəmirdən qoparırlarlXəbəriniz varmı ki, bu torpağın daşı nur,Laçından, Qubadlıdan, Cəbrayıldan, Şuşadan,Karvan-karvan yığılıb İrəvana daşınırlTop atılsa ayılmaz qulağının dibində,Vətən indi hardadır? Rüşvətxorun cibindəlVətənsizlər vətəni minib çapır at kimi,Dollar kimi yığşırıb əridir manat kimilVəzifə havasına xumarlanıb yatanın,Xəzinəyə, qızıla, mirvariyə batanın,İmişlinin düzündəİlan çalan uşaqdan xəbəri hardan olsunlLaqeydin, biganənin, kəmfürsətin, alçağınBeyləqanın içində,Odu sönmüş ocaqdan xəbəri hardan olsun?Qaçqınlar ordusundaHəftələrlə çörəyin üzünə həsrət qalan,Təknəsinin içində sonuncu qismət qalan,Yenə də ürəyində xalqa məhəbbət qalan,Xalqa mərhəmət qalan,Yenə də varlığında vətənə hörmət qalanAğbirçəkdən, anadan xəbəri hardan olsun?Gözü yollara baxıb əli qoynunda qalmış,Solub getmiş sonadan xəbəri hardan olsun?l
Ey Vətən oğullarılYaralı bir şairin eşidin harayını,Siz uçurun başına namərdin sarayınılQalxın qasırğa kimi, qopun zəlzələ kimi,Xalqın dərdi ürəkdə açılmaz düyün olub,Xalqın dərdi kürəkdə qalmasın şələ kimil
Qarabağa bahar gəlir, qanlı bir bahar,Bu il gələn baharımız qan üstündədir.Ordan ayrı neçə cavan qocaldı, getdi,Ordan ötrü neçə xəstə can üstündədir.
Qarabağa bahar gəlir, yetim bir bahar,Ordan ayrı ömürlər var, əriyib gedir.Dəlidağsız oğullar var, dəliyə dönüb,Yavaş-yavaş içəridən çürüyüb gedir.
Necə deyim dağ vüqarlı dağlar oğluyam,Bu gün mənim söykənməyə dağım yoxdusa.Payız vaxtı bostanından heç nə gözləmə,Bahar vaxtı çiçəklənən tağın yoxdusa.
Nifrətindən, qəzəbindən yatağa sığmır,Tərtər yenə havalanıb, cilov gəmirir.Güllə dəyib gözələ də, gözəlliyə də,Zalım ovçu yaralanmış bir ov gəmirir.
Heç bilmirəm xilasımı kimdən gözləyim,Əsir qalmış, yesir olmuş, bir ovam indi.Yalançının bağırmağı bağrımı yarıb,Talançının əllərində girovam indi.
Ötən bahar Taxtadüzdə minib çapdığım,Dəlidağın köhlən atı yadıma düşdü.Bu gün mənim şair könlüm qan ağlasa da,Könül açan bir bayatı yadıma düşdü.
Zülfün tök üzə, neylər,Sallan gəl düzə, neylər.Ov bizim, ovlaq bizim,Yad ovçu bizə neylər.
Gözəllərin havasıyla gəzən oğullar,Gördünüzmü yad ovçular bizə neylədi?Ayaq açdı, şər-böhtanın atı yeridi,Gördünüzmü yad ovçular düzə neylədi?
Gördünüzmü yad ovçunun yamanlığını?Quş başıtək başımızı üzməyə hazır.Yüz illərdi yavaş-yavaş görür işini,Tələ qurur, ayaq eşir, quyular qazır.
İdarələr, kabinetlər “gözəllə” doldu,Meylimizi qıza verdik, qadına verdik.Ondan başqa gözlərimiz heç nə görmədi,Bu milləti nəfsimizin badına verdik.
Gözümüzə pərdə çəkdi ehtirasımız,Allah bunu götürmədi, işə bax, işə.Bu torpağı parça-parça qurban vermişik,Bir görüşə, bir öpüşə, bir nəvazişə.
Azərbaycan torpağının məğlubiyyəti,Başlanıbdı nazirlərin otaqlarından.Min kişinin damarına zəhər yeriyib,Bir erməni qancığının dodaqlarından.
Selə verib xalqımızın xoş həyatını,Bəlkə onda oxumuşuq bu bayatını:“Ov bizim, ovlaq bizim,Yad ovçu bizə neylər”.
Dayan, eloğlu dayanlDayan, Vətəndaş dayanlYandırdı yanağımı gözdən axan yaş, dayanl
Pusqunu qurmadınsa,Bərədə durmadınsa,Vaxtında vurmadınsa,Ov sənin ola bilməzl
İzi izləmədinsə,Döşü dizləmədinsə,Fürsət gözləmədinsə,Ov sənin ola bilməzl
Gülünü üzmədinsə,Balını süzmədinsə,Üstündə gəzmədinsə,Oylaq səninki deyi!
İçmədinsə suyunu,Sevmədinsə boyunu,Çalmadınsa toyunu,Bulaq səninki deyi!
Becərib əkmədinsə,Nazını çəkmədinsə,Üstə tər tökmədinsə,Torpaq səninki deyi!
“Ov bizim, ovlaq bizim”,Dayan, müğənni qardaş.Oxuma bu mahnını,Oxusan, qan eylərəml
Şah kimi fərman verib,Bu şeiri birdəfəlik,Mən qadağan eylərəml
Sənin ola bilərmi qarlı dağın zirvəsi,Bir dəfə zəhmət çəkib sən o dağa çıxmasan?lSənin ola bilərmi yaşıl tala, göy çəmən,İstəkli bala kimi öz bağrına sıxmasan?Sənin ola bilərmi yollar, izlər, cığırlar,Əllərindən çıxırsa, gözlərindən itirsə.İnsan ayaqlarına həmişə həsrət qalan,Cığırların içində boz qanqallar bitirsə.Sənin ola bilərmi yurdun bir qarış yeri,Bağça salıb, ev tikib, daş üstə daş qoymasan?lDemə ki, torpağın var,Torpaq dara düşəndə,Uğrunda can verməsən, yolunda baş qoymasan.
Sənindirsə səf çəkən qayaların duruşu,Sənindirsə şimşəklə qayaların vuruşu,Qeyrətindi, adındılSənindirsə zirvələr, sənindirsə ətəklər,Sənindirsə çiçəkdən axan ballar, pətəklər,Ləzzətindi, dadındılBənövşənin, nərgizin, qızılgülün, lalənin,Salxım-salxım tökülüb sallanan şəlalənin,Sənə dəxli yoxdursa,Vətən adlı Məkkənin, torpaq adlı türbənin,Şəhərə düşən odun, kəndə dəyən zərbənin,Sənə dəxli yoxdursa,Günlərin bir günündə göz açıb görəcəksənGördüyün hər nə varsa yağınındı, yadındılBax onda deyəcəyəm qəlbi, ağlı korlara,Vətən qədri bilməyən vətənsiz nankorlara,Dünənki laqeydliyinKefini, ləzzətini yavaş-yavaş dad indil1l
Nələr düşdü yadıma:Ötən günlərə doğru xeyli baxdım uzaqdan,Daş-torpaq oda döndü canımdakı sazaqdanlHarda nakam Müşfiqi dəldi-deşdi güllələr,Harda Əhməd Cavadı vaxtsız ölüm haqladı —Azərbaycan xalqının sarsılmaz dayaqlarıBax, o zaman laxladı!Nə zaman ki, xəyanət yırtıcı qurda döndü,Heykəlləşən Cavidi öz yolundan saxladı —Zəngəzurun, Göyçənin, Şuşanın dayaqları,Bax o zaman laxladı!Fasiləsiz zərbələr xalqın qəddini əydi,37-ci ildə sərt açılan güllələr,Doxsanın yanvarında gəldi Bakıya dəydilTəkcə Bakımı çəkdi bu ağrının altını,Təkcə Şuşamı çəkdi bu ağrının yükünü?
Bu ağrı zədələdiAzərbaycan adlananBeş min illik ağacın budağını, kökünül!Ey xalqın şairlərilÇərxi-fələk min dəfə dəyişsə də qurğunu,Hörmətlə xatırlayır dünya Səməd VurğunulEllər ondan halıydı, o ellərdən halıydı,O, şeirin, sənətin də,Döyüşün, səngərin də əbədi marşalıydılİlhamının mayası anaların südüydü,Ən odlu silahımız “Anamın öyüdü”ydülGörüb çətin yolların yağışını, qarını,O zaman yazmadımı Rəsul “Bəxtiyar”ını?Onda yazılmadımı “Vur, başına dönüm, vurl”“Buz heykəl”in heykəli onda qoyulmadımı?Faşizmin kor gözləri,Yazıçı qələmiylə hər gün oyulmadımı?Neçə-neçə şairin alov saçan nəfəsiUçururdu zindanı, dağıdırdı qəfəsilDünənki qələbədəSöz onların sözüydü, pay onların payıydı.Tarixə şərəf olmaqTarix yaradanların halal haqqı-sayıydılBiz niyə susmalıyıq?Niyə nəfəsimizi mərmiyə döndərmirik?Niyə son tikəmiziBoğazımızdan kəsib cəbhəyə göndərmirik?Bundan çətin imtahan, bundan ağır günmü var?Bundan çətin dolaşıq açılmaz düyünmü var?Bundan odlu haraymı, bundan artıq ünmü var?Sabah qələbə çalsaq,Üzümüz olacaqmı xalq içinə çıxmağa?Əlimiz gələcəkmiQələbə çalanların əllərini sıxmağa?
Ey xalqın həkimlərilAllah bizə dərd verib, siz xalqa dərman verinlNəfəsi tutulana dağ havası gətirin,Gülləyə tuş gələnin damarına qan verinlMillətin içindəki hər ağrını, azarı,Araqarışdıranı, pisi, mərdiməzarı,Kəsin, atın bir yana, mahir bir cərrah kimi,Çatın harayımıza, hökm edin Allah kimil
Ey xalqın rəssam oğlulSən bu xalqın çəkdiyi çəkilməz dərdi göstərlYaxşını pisdən ayır, mərdi, namərdi göstərlOynadığı, şahmatı,Udduğu, uduzduğu oyunu, nərdi göstərilDüşmənin üzündəki min cür sifəti göstəriDostun ürəyindəki gücü, qüdrəti göstərlBaxışda inam adlı yenilməz silahı verlFərarinin, alçağın,Çəkdiyi cəzanı ver, batdığı günahı verl
Ey qarışıq zamanın siyasi xadimlərilTərpədin ürəkləri, çalın sarı simlərilDünyanın harasında haqqı susduran olsa,Harda bircə nəfəri arxadan vuran olsa,“Azadlıq” deyə-deyə bar-bar bağırardınızlDövləti ədalətə, haqqa çağırardınızlİnsanı fəlakətin əlindən alardınız,Həyəcanlar qaldırıb, təbillər çalardınızlNiyə sönüb nəfəslər?Niyə batıb o səslər?Niyə kar olub görən,Həqiqətin səsini eşitməyən qulaqlar?Ağrını, müsibəti niyə görmür uzaqlar?Xəbəriniz varmı ki,Ən qədim bir millətin taleyinə qəsd olurlŞəhid xiyabanları ayaq açıb yeriyir,Ölənlər ölüb gedir, qalanlar şikəst olur.
Ölümlərə hədəf mənəmlÖldürülən tərəf mənəmlCanda ruhum, yerdə daşım, göydə quşumgüllələnir,Yaddaşıma güllə dəyir, ağlım huşum güllələnirlKöləliyin əllərindən xilas yolu tapan kimi,Azadlığım, istiqlalım, qurtuluşum güllələnirlDeyən yoxdur, cahil insan,Təzə açan çiçəyə bax, tər budağı güllələməlNəğməsinə, sözünə bax, gül budağı güllələməlKörpələrin üzündəki təbəssümü güllələməlPərdə üstə dalğalanıb ötən simi güllələməlToy gecəsi gəlinlərin xınasını güllələməlÖvladını yetim qoyub anasını güllələməlBu güllələr evlər yıxdı, ara vurdu,Bu güllələr neçə xalqa yara vurdu.Mən bilirəm, qamətini kimlər əydi AzərbaycanlMən bilirəm, güllə sənə hardan dəydi,AzərbaycanlHər gün səni vurmaq üçün bostanına daş atdılar,Hər gün səni qırmaq üçünDildə zəhər, dişdə bıçaq yaşatdılarlGedən getdi, ölən öldü, bəsdi dahalKəsən kəsdi, bölən böldü, bəsdi dahalMən heç kəsin torpağında torpaq üstəölməmişəm,Mən heç kəsin torpağını bölməmişəmlQəssab əlli, cəllad üzlü,Ayı canlı, iblis gözlü qarı düşmən,Qarış-qarış dərimizi soymadınmı,“Gülüstan”da gözlərimi oymadınmı.“Türkmənçay”da imza atıb,Məni hərrac bazarına qoymadınmı?Ölür insan, yanır millət,Sən içdiyin laxta-laxta bu qanlardandoymadınmı?Hansı şeytan, hansı cinsən, tanıyıramlHansı dövlət, hansı dinsən, tanıyıramlNə alçaqsan, nə xainsən, tanıyıramlNə “Zəbur”da, nə “Tövrat”da,Nə “İncil”də, nə “Quran”da,Heç bir yerdə, heç bir yanda yazılmayıbSən özgənin torpağını yandırasan, qəsb edəsənlSən özgənin torpağıyla qazanc, maya kəsbedəsənlKimlər sənə haqq verir ki,Bu dənizdən o dənizə yol çəkəsənlKimlər sənə haqq verir ki,Bir millətin taleyinə,Kefin necə istəyirsə eləcə də qol çəkəsən?Tanıyırıq gedişləri, yolları bizlTanıyırıq imzaları, qolları bizlYediyiniz, içdiyiniz bəsdi dahalƏkdiyiniz, biçdiyiniz bəsdi dahalİmkan verin, öz əlim, öz başım olsunlİmkan verin, öz divarım, daşım olsunlİmkan verin, torpağımı şumlamağaÖz kotanım, xışım olsunlİmkan verin, istəyimcə öz baharım,İstəyimcə qışım olsun,Qaçqın da mən, köçkün də mən, girov da mən,Ovçuların əllərində parçalanmış bir ov da mənlYad ağzında yağlı aş da,Süfrəsində plov da mənliYanan da mən, yaman da mənlGördüyündən gözü çıxan,Qəlbinə qan daman da mənlÖldürdünüz, ölüm bəsdi,Yandırdınız, zülüm bəsdirlQovurdunuz, külüm bəsdilDoğram-doğram doğradınız,Tikələndi dilim, bəsdilEşit məni, ey işğalçı, ey qəsbkar,Eşit məni, harayları eşitməyən qulağı kar.Eşit məni,Gördüyünü görməzliyə vuran kəslərlEşit məni, bayquş səslər, buz nəfəslərlZaman keçib, vaxt dolanıb, elə bir an yetişəcək,Dizdə təpər, canda qeyrət, damarda qanyetişəcəklUzun çəkməz qaranlığın yamanlığı,Nurlu səhər, işıqlı dan yetişəcək!Çirkabların, dumanların arasında baş qaldırıb,Aydan arı, sudan duru,Büllur kimi Azərbaycan yetişəcəklBu gün bir az ləngiyənlər,Öz haqqını almaq üçünNəfəsləri təngiyənlər,Dərindən bir nəfəs dərib,Tufanlara sinə gərib,Zirvəsini, şöhrətini, Şuşasını qaytaracaqlAranını, yaylağını, meşəsini qaytaracaqlÜzü ancaq sabahadır millətimin,Sözü ancaq silahadır millətiminlVətən oğlu, Vətən qızılMən üzümü sənə tutdum,Sən üzünü torpağa tutlSən üzünü Məmməd Əmin qaldırdığı bayrağa tutlVətən səni çağırırsa,Nə yaxanı qırağa çək, nə üzünü qırağa tutlYağıları dizə çökdür, yağılara diz çökməlNisgil olub qəlbə, cana, duman olub gözə çökmə.
İyirminci əsr səni yaraladı,Neçə yerdən tikələdi, paraladı.İyirmi birin qarşısına ürəyində yara getməlGələn günə, gələn əsrə bütöv yeri, para getməlSən mənimçün canda nəfəs, nəfəsdə canolmalısan,Təbrizin də, Dərbəndin də, Borçalının,Göyçənin də,Qaynadığı, qovuşduğu,Xatalardan, bəlalardan, zərbələrdən sovuşduğu,Qırx milyonun yumruq kimi birləşdiyi,Qırx milyonun bir ürəyə yerləşdiyi,Bütöv, məğrur, qalib, cəsur,
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ey-veten-ogullari
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Könül tələb edir, ürək atlanır,Gəşt eylə, dünyanı gəz vətənimdə.
Dostlardan birinə mədəniyyətin yayılması haqqında yazılmış şerGəzər baği-məarifdən xəbərsizlər ulaqlar tək,Odur ki, nəqli-daniş payimal olmuş alaxlar tək.
Söylə, bu səadət deyilmi...Könlüm darıxanda çatırsan dada,Az qala özünü atırsan oda.
YaşadımSadiqlikdi, səxavətdi sənətim,Gur məclisdə, ağır eldə yaşadım.