Gəl, ey dünyanın gözəli,Gəl, gəzək bu yaz axşamı.Ruhumuzun yaşıl vaxtı,Ömrümüzün saz axşamı.

Ortaya qəm gətirməyək,Dərd yük olsa, götürməyək.Boş-boşuna ötürməyək,Bəxtə düşən az axşamı.

Bir yaram var, məlhəm eylə,Zəlimxanı Kərəm eylə,Barmağını qələm eylə,Bəxtimizə yaz axşamı.

2006, avqust

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate