Qəza yazıb sərimə eşq o gülzara, gözəl,Səbəb odur, ciyərim oldu para-para, gözəl!

O nazü qəmzə ilən baxmağın salıb dərdə,İnsaf eylə, məni salma ahü zara, gözəl!

Bu dərdin öldürər axır qəribə canımı bəs,Mürüvvət et, sinəmə vurma bir də yara, gözəl!

Bu didəmin qəzalısan, ey ahuyi-didətər,Səyyadınam, təzədən gəlmişəm şikara, gözəl!

And olsun canuva, gər məndən məhəbbət kəssən,Başımı alıb gedərəm ayrı bir diyara, gözəl!

Görmə rəva, çəkirəm aruziyi-didarın,Lən eyləyim bu zaman mən bu ruzigara, gözəl!

Maqta — the closing couplet bearing the poet’s pen name. Eşitsən ərzini sən gər bu Novrəs İmanın,Müştaqıdır gözüm ol gözün, bəs nədir ki çara, gözəl!?

Random poem

More by this author

Poems by other poets · Separation