İldırım
Min bir yerdən yarğan açdı,Torpağa hopan ildırım.Yardı yerin sinəsini,Buluddan qopan ildırım.
Yaxınları araladı,Bütövləri paraladı.Neçə palıd yaraladı,Qayadan sapan ildırım.
Gecə ötdü, dan oxudu,Havası qan-qan oxudu.Dağlara meydan oxudu,Daşları çapan ildırım.
Canımda bir qorxulu ah,Açılmaq bilmir sabah.Heç kəsi vurmasın, Allah,Şairi tapan ildırım.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ildirim-2
Use ← → keys to move, R for a random poem
More by this author
Bir nihilistə
Gündüzə gecə de, səhərə axşam,Nurlu dan yerini dan, inkar eylə.
İtki – qazancSəsi qulaqdan itirdik,Sözü dodaqdan itirdik,
QarğamaCavan bir gəlin qoca bir kişiyə “Allah səni döysün”*deyib qarğış elədi, ikiəlli başına qaraladı.*
Hara belə tələsirdinKörpəlikdən ölüsüydüm qocaların,Deyirdim kaş mənim də ağ saçım ola.