Səsi qulaqdan itirdik,Sözü dodaqdan itirdik,Suyu bulaqdan itirdik,Közü ocaqdan itirdik.Gəldik itirə-itirə,Bir az Vətəndən itirdik,Bir az torpaqdan itirdik.Gözümüzü açıb gördük,Qəzəb, nifrət qazanmışıq.Bir-birimizi yemək üçün,Kin-küdurət qazanmışıq.Həm köləlik, təslimçilik,Həm əsarət qazanmışıq.Yarı illət, yarı zillət,Yarı töhmət qazanmışıq.Xəstə sevgi, ölü həsrət,Yetim millət qazanmışıq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland