Yoxuşlarda bərkə-boşa düşəndə,At igidi, igid atı tərpədər.Haqqa çatar igidlərin nərəsi,Yeri-göyü, yeddi qatı tərpədər.

Kim kiridər mənim kimi ağları?Gözüm gördü keçib gedən çağları.Zəlzələlər tərpətməyən dağları,Zaman gələr, bir bayatı tərpədər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets