Can yadımızdan çıxıb
Uymuşuq atəşkəsə, qan yadımızdan çıxıb,Sübhü sökülmüş qalan, dan yadımızdan çıxıb.
Bic – metalın həsrəti, gic – medalın həsrəti,Şöhrətə yüksəlmişik, şan yadımızdan çıxıb.
Gör neçə illərdi ki, pullu kreslolara,Yanımızı basmışıq, «yae» yadımızdan çıxıb.
Bircə işarəylə biz, daima nankorları,Korlara seçdirmişik, nan yadımızdan çıxıb.
Ordakı xan kəndidi, burdakı baş kəndimiz,Başa ayaq qoymuşuq, xan yadımızdan çıxıb.
Pünhanı da satmışıq, aşkarı da satmışıq,Bircə pula getməyən, can yadımızdan çıxıb.
9 oktyabr 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-can-yadimizdan-cixib
Use ← → keys to move, R for a random poem
More by this author
Bizə dərd üz verən gündən, hərə bir çarə öyrəndi,Bakı köç etdi bulvardan, gələn bulvara öyrəndi.
Baba aləm BabadırAtayam həm də Baba, həm babam Adəm babadır,Babanı sevdi oba, çün Baba aləm Babadır.
Ac vətənin acı hacıHacı MailəŞüəra məclisinin nur saçan tacı hacı,
Xəbərin yoxdu sənin?!Dağılır cismdə bu can, xəbərin yoxdu sənin,Sağılır Azərbaycan, xəbərin yoxdu sənin.