Əsgər qardaşıma məktub
Arxaya çəkilsən, arxa – uçurum,Kənara dayansan, kənar – ölümdü.Kişinin qeyrəti coşar – qələbə,Kişinin vüqarı sınar – ölümdü!
Yurdun iti hürməz, atı kişnəməz,Keşikdə igidi, əri yoxdusa.Torpağın altında rahat yatammaz,Torpağın üstündə yeri yoxdursa!
Unutma amansız bir həqiqəti,Vətəndaş yoxdursa, Vətən də yoxdur.Torpaq olmayanda, daş olmayanda,Köklü ağac olub bitən də yoxdur!
Yadların yeminə, suyuna döndük,İçilə-içilə gedirik elə.Böyüyə-böyüyə tarixə gəldik,Kiçilə-kiçilə gedirik elə!
Tüstü burum-burum yüksəlir göyə,Duman içindədir Azərbaycanım.Şübhələr, gümanlar yedi, doğradı,Güman içindədir Azərbaycanım!
Özün qaz səngəri, özün aç yolu,Dumandan, gümandan çıxart milləti!Ən güclü ordunun zərbəsinə dön,Ən ağır zamandan çıxart milləti!
Qələbə pay deyil, hədiyyə kimi,Gətirib hardansa verələr sənə.Özün qazanmasan lənət oxuyar,Bu dağlar, bu düzlər, dərələr sənə!
Güvənə bilməsən öz qüdrətinə,Oyuncaq əllərdə oyun olarsan.Ordunun içində məğrur bir kişi,Sürünün içində qoyun olarsan!
Gördük qazancını qoyun olmağın,Mən bu gün möhtacam şir oğlu şirə.Torpağı silkələ, göyü parçala,Döndər məmləkəti ocağa, pirə!
Zaman göstərəcək öz aynasında,Neylədi, kim hansı tərəfə döndü.Kim xalqı tapşırdı şərəfsizlərə,Kim xalqın yolunda şərəfə döndü!
Mənim şah damarım, mənim sağ gözüm,Mənim dağ tərəfim sən olmalısan.Millət taleyini tapşırıb sənə,Ən böyük şərəfim sən olmalısan!
Satqına, alçağa, xainə dönsən,Düşmənin oxuna, yayına dönsən,İblisin, şeytanın tayına dönsən,Sən də qurtarmasan Vətəni dardan,“Yoxdur umacağım pərvərdigardan!!!”
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-esger-qardasima-mektub
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Bu hansı əsr idi, hansı qərinə?Torpaq köks ötürdü, yer parçalandı.
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
من «مَهْسَتیاَم» از همه خوبان شده طاقمشهور به حسن در خراسان و عراق
Bir günKönül, gəl əl götür bu qəm-qüssədən,Sənin də yurdunda toy olar bir gün!